...

"Azərbaycan" jurnalının yeni sayı işıq üzü görüb

Mədəniyyət Materials 13 Sentyabr 2018 00:22 (UTC +04:00)
"Azərbaycan" jurnalının yeni sayı işıq üzü görüb.
"Azərbaycan" jurnalının yeni sayı işıq üzü görüb

Bakı. Trend:

"Azərbaycan" jurnalının yeni sayı işıq üzü görüb.

Trend-in məlumatına görə, jurnalın yeni sayında Əhməd Qəşəmoğlu, İslam Sadiq, Tərlan Əbilov, Ofelya Babayevanın şeirləri, Kəramətin "Cəzb və kütlə hökmü" poeması dərc olunub.

Məmməd Orucun "Veteran", Qorxmaz Şıxalıoğlunun "Bürkü" povesti, Azər Abdullanın "Sandıq", Natiq Məmmədli "Əmanət" iki hissəli dramı, Adil Mirseyidin "Akvarium şəhər" kinopoeması da oxuculara təqdim olunacaq.

Jurnalda ölkədə kitabları ən çox satılan üç yazıçıdan biri yazıçı Varislə tənqidçi Nərgiz Cabbarlının söhbəti də yer alıb.

Oxucular həmçinin Ülviyyə Heydərovanın "Uşaqlıq" monopyesi, Günel Natiqin "Mixail Bulqakovun həyatı və müəmmalı ölümü", Güldəniz Qocayevanın "Məgər mən Xristofor Kolumbdan əskik oğlanam" adlı yazısı ilə "Azərbaycan" jurnalının yeni sayında tanış ola biləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti