...

Nailə Əsgərzadə Rusiyanın nüfuzlu mükafatı qazanıb

Mədəniyyət Materials 4 Oktyabr 2018 03:44 (UTC +04:00)
“Praym-taymın əyləncəli tok-şou”su nominasiyasında mükafat “Saranxe” proqramına verilib
Nailə Əsgərzadə Rusiyanın nüfuzlu mükafatı qazanıb

Bakı. Tural Turan - Trend:

“Praym-taymın əyləncəli tok-şou”su nominasiyasında mükafat “Saranxe” proqramına verilib

Trend-in məlumatına görə, əslən azərbaycanlı olan telejurnalist Nailə Əsgərzadə “Bizim proqramın 3 yaşı var. Biz verilişə başlayanda düşünmürdük ki, bu qədər çətin olacaq. Ən çətini qəhrəmanlar tapmaq idi. Çünki onlar biznes, siyasət və digər sahələrin tanınan simalarıdır”, - deyə bildirib.

N.Əsgər-zadə əlavə edib ki, qəhrəmanlar qeyri-adi vəziyyətlərə düşürdülər:

“Onlar bizimlə ölkənin ucqar nöqtələrinə getməli, mədənlərə enməli, at çapmalı, musiqi alətlərində ifa etməli və bəzən bir neçə dubl çəkilməli olurdular. Onlar göstəriş verməyə öyrəşiblər, bizdə isə göstərişi rejissor verir”.

Qeyd edək ki, TEFİ televiziya sahəsində uğurlara görə Rusiyada verilən mükafatdır.

Xatırladaq ki, TEFİ telemükafatı 21 dekabr 1994-cü ildə “Rusiya Televiziyası Akademiyası” tərəfindən təsis edilib. 2014-cü ildən mükafatın təşkilatçısı Sənaye Televiziya Mükafatları Komitəsidir. Qaliblər Ernst Neizvestnının bürünc “Orfey”i mükafatı ilə təltif olunurlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti