Bakı. Trend:
Oktyabrın 10-da Kosta-Rikanın Azərbaycandakı müvəqqəti işlər vəkili Jairo Lopez Azərbaycan Tərcümə Mərkəzində olub.
Tərcümə Mərkəzindən Trend-ə verilən məlumata görə, görüşdə Mərkəz tərəfindən müxtəlif dövrlərdə Azərbaycan dilinə tərcümə və nəşr edilmiş ispandilli ədəbiyyat nümunələrindən söz açılıb,
Azərbaycan-Kosta-Rika ədəbiyyatları arasında görüşlərin qurulması, Azərbaycan ədəbiyyatının Latın Amerikasının ispandilli ölkələrində tanıdılması və təbliği işinin təşkilinə dair bir sıra məsələlər müzakirə edilib.