...

Beynəlxalq Muğam Mərkəzinin “Qəzəllər” layihəsinə start verilib

Mədəniyyət Materials 15 Noyabr 2018 21:30 (UTC +04:00)
Beynəlxalq Muğam Mərkəzinin möhtəşəm “Qəzəllər” layihəsinə start verilib
Beynəlxalq Muğam Mərkəzinin “Qəzəllər” layihəsinə start verilib

Bakı. Trend:

Beynəlxalq Muğam Mərkəzinin möhtəşəm “Qəzəllər” layihəsinə start verilib.

Beynəlxalq Muğam Mərkəzindən Trend-ə verilən məlumata görə, mərkəz bir neçə möhtəşəm layihə həyata keçirir.

Bunlardan “Unudulmayanlar”, “Muğam axşamları”, “Muğamat var olan yerdə”, “Aşıq musiqisi axşamları”, “Dastan gecələri” və.s. misal göstərmək olar.

Bu günlərdə isə “Qəzəllər” adlı layihəyə start verilib. Azərbaycanın ənənəvi ifaçılıq tarixində mühüm yer tutan muğamlarımız Azərbaycan Prezidenti İlham Əliyevin, Azərbaycanın Birinci-vitse prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın mədəniyyətimizə, muğam sənətimizə göstərdiyi diqqət və qayğının nəticəsi olaraq YUNESCO-nun qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib. Muğam ifaçılığında muğamların şöbələrinə, guşələrinə uyğun qəzəllərin seçilməsi mühüm əhəmiyyət kəsb edir. Qəzəl seçiminin muğam ifaçılığındakı yerini nəzərə alaraq, Beynəlxalq Muğam Mərkəzi belə bir layihəyə imza atıb. “Qəzəllər” layihəsinin hər təqdimatında qəzəl üslubunda gözəl poeziya nümunələri yaratmış Azərbaycan klassik şairlərinin əsərlərinə müraciət ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti