...

Ali məktəblərdə “Azərbaycan Kinosu Günləri” keçiriləcək

Mədəniyyət Materials 30 Noyabr 2018 19:16 (UTC +04:00)
Mədəniyyət Nazirliyi və Dövlət Film Fondunun birgə təşkilatçılığı ilə ali məktəblərdə “Azərbaycan Kinosu Günləri” keçiriləcək.
Ali məktəblərdə “Azərbaycan Kinosu Günləri” keçiriləcək

Bakı. İlhamə İsabalayeva - Trend:

Mədəniyyət Nazirliyi və Dövlət Film Fondunun birgə təşkilatçılığı ilə ali məktəblərdə “Azərbaycan Kinosu Günləri” keçiriləcək.

Nazirlikdən Trend-ə verilən məlumata görə, “Azərbaycan Kinosu Günləri” dekabrın 3-dən 6-dək Azərbaycan Dövlət Pedaqoji və Azərbaycan Dövlət Neft və Sənaye universitetlərində, 4-dən 7-dək isə Azərbaycan Dillər Universitetində təşkil olunacaq.

Azərbaycanın tarixini və mədəniyyətini insanlara daha yaxından tanıtmaq, xüsusilə, gənclərdə vətənə və torpağa məhəbbət hisslərini gücləndirmək məqsədilə keçirilən Kino Günləri çərçivəsində son illər vətənpərvərlik, Qarabağ və digər milli-mənəvi dəyərlərimiz haqqında dövlət sifarişi ilə çəkilmiş sənədli filmlərin nümayişi və tanınmış incəsənət xadimləri ilə görüşlərin təşkili nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti