...

"Azərbaycan" jurnalının yeni sayı

Mədəniyyət Materials 2 Mart 2019 01:46 (UTC +04:00)
"Azərbaycan" jurnalının yeni sayı çapdan çıxıb.
"Azərbaycan" jurnalının yeni sayı

Bakı. Trend:

"Azərbaycan" jurnalının yeni sayı çapdan çıxıb.

Trend-in məlumatına görə, jurnalın poeziya bölümündə Anar Amin, İbrahim İlyaslı, Oğuz Ayvaz, Elnaz Eyvaz, İqbal Nəhmət, Fazil Aydın, Ramiz Mövsüm, Zülfiyyə Yaqubqızı, Müxəmməd Haqverdi kimi müəlliflərin şeirləri dərc olunub.

Nəsr əsərlərindən Qan Turalın "Fəza səyahəti dərsləri" povesti, Tural Anaroğlunun "Nəbatət" hekayəsi oxuculara təqdim olunub.

Qarabağ: ağrilarimiz, acılarımız hissəsində Qəşəm Nəcəfzadənin şeirləri ilə tanış olmaq olar.

Vaqif Bəhmənli – "Azərbaycan"ı yaşadıb, "Aazərbaycan"da yaşayanlar, Firuz Mustafa – Y.V.Çəmənzəminli, A.Zamanov, V.Axundov və R.Həmzətov haqqında, eləcə də, yeni tərcümələr rubrikasında Azər Abdulla – İvan Buninin islam sevgisi, İvan Bunin – şeirlər, nəzər nöqtəsi bölümündə Rahid Ulusel – "Əhdi-ətiq"dən "Realpolitik"ə (esse) yer alıb.

Günel Natiq – Anatol Frans, Paşa Əlioğlu – Mir Fəttah Marağayi, Südabə Ağabalayeva – Paşa Əlioğlunun 60 yaşina, Qorxmaz Quliyev – montaj: hərəkətin / hərəkətsizliyin poetikasi, Ziyad Quluzadə – hekayənin sonsuz səyahəti, Vaqif Yusifli – tənqidçinin düşüncələri, Atababa İsmayiloğlu – boşalan dünyanin əvəzi yazıları jurnalda nəşr olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti