...

"Ліга Сміху Azərbaycan"ın bayram finalı (FOTO)

Mədəniyyət Materials 27 Dekabr 2019 00:11 (UTC +04:00)
Opera Studiyasının Konsert salonunda "Ліга Сміху Azərbaycan" yarışmasının Birinci mövsümün finalı baş tutub.
"Ліга Сміху  Azərbaycan"ın bayram finalı (FOTO)

Bakı. Trend:

Dekabrın 24-də Bakı Musiqi Akademiyası nəzdində Opera Studiyasının Konsert salonunda "Ліга Сміху Azərbaycan" yarışmasının Birinci mövsümün finalı baş tutub.

Qeyd edək ki, mövsümün açılışı 15 iyun tarixində baş tutmuşdu və festivalda 15 komanda iştirak etmişdir, onlardan dörd komanda finala vəsiqə qazanmışdır. Çempion adı uğrunda finalda "Karl Marksın Kruqu", "Şəhər uşaqları" və Ələkbər Əliyev, "Kirpi" və Azər Baxşəliyev, "Silvestr v stolovoy" və Səməndər Rzayev mübarizə apardılar.

Konsertin əvvəlində " Ліга Сміху Azərbaycan" ın aparıcısı və rəhbəri tamaşaçılara "Kak po maslu" komandasının bu il üçün qazandığı uğurlardan bəhs edən filmi təqdim etdi. Qeyd edək ki, komanda Azərbaycanı beynəlxalq yumoristik arenalarda təmsil edən və qısa müddət ərzində İsraildə Çempionlar Kubokunu, Ukraynadakı Qış Kubokunu qazanan yegane komandadır. Qeyd edək ki komandanın üzvü Səməndər Rzayev Kiyevdə keçirilən Prezident Kubokunda Şou-biznes komandasının üzvü olaraq çıxış etdi. Daha sonra axşamın ulduz-məşqçiləri təqdim olundu. Bunlar rəqqasə və aktrisa Oksana Rəsulova, aktyor və ssenarist Ələkbər Əliyev, aktyor və şoumen Azər Baxşəliyev, "Kak po maslu" komandasının frontmeni Səməndər Rzayev və DJ China (Çingiz Mustafayev) idilər, həmçinin xüsusi münsif-qonaq olaraq Əməkdar Artist, “Planet Parni iz Baku” KVN teatrının rəhbəri Tahir İmanov oldular.

Finaldakı çempionluq kuboku ilə yanaşı, "Silvestr v stolovoy" komandasının aktyoru Vaqif Məhərrəmov Birinci mövsümünün “Ən Yaxşı Liqasmeşniki”, “Şəhər Uşaqları” komandasının üzvü Natəvan Cavadzadə isə Birinci mövsümünün “Ən Yaxşı Liqasmeşnitsası” Diplomlarına layiq görüldülər. Qaliblər "CinemaPlus" premium kinoteatrlar şəbəkəsi, "Ліга Сміху Azərbaycan" və Final-dan eksklüziv hədiyyə-kartları təqdim olundu. Bundan başqa Natəvan Cavadzadə və “Karl Marksın Kruqu” komandasının üzvü Valeh Dayanov, Tair İmanov tərəfindən “Planet Parni iz Baku” teatrının tərkibinə dəvət aldılar.

Final mərhələsi 3 mərhələdən ibarət idi: Polotno, batl və musiqili yarışma. Ən yüksək xal toplayaraq "Ліга Сміху Azərbaycan" Birinci mövsümünün qalibi “Kirpi” komandası və onun ulduz məşqçisi Azər Baxşəliyev oldu. Komanda yalnız uşaqlardan ibarət idi: Zagidulin Eldar, Cəfərov Toğrul, Abasova Aida, Hacıyev Rafael. Final Ticarət Markası qaliblərin 1 illik yağ ehtiyaclarına ödəyən kuponlar təqdim etdi.

"Ліга Сміху Azərbaycan" Birinci mövsümü Final Ticarət Markasının Baş Sponsorluğu ilə, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə baş tutdu.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti