Bakı. Trend:
“Independent” nəşri kino tarixinin 40 ən yaxşı saundtrekini seçib.
Trend-in məlumatına görə, reytinqdə birincı sırada “The Believer” (2001) filminin saundtreki yer alıb.
“Çirkli rəqslər 2: Havana gecələri” (2004-cü il) ikinci, “Yaxşı oğlanlar” (1990-cı il) filmi isə üçüncü yerdə qərarlaşıb.
İlk onluğa “Skott Piliqrim hər kəsə qarşı” (2010-cu il), “Drayv” (2011-ci il), “Sehrli müəmmalı gəzinti” (1976-cı il) və “Cangüdən” (1992-ci il) filmlərinin saundtrekləri daxil olub.