...

“Çölçü” filmi ABŞ-da yenidən uğur qazanıb

Mədəniyyət Materials 6 Mart 2020 13:46 (UTC +04:00)
Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, mükafat heykəl fiqur və sertifikatla təsdiq olunur.
“Çölçü” filmi ABŞ-da yenidən uğur qazanıb

Bakı.Trend:

ABŞ-da keçirilən “Mindfield Film Festival – Albuquerque”da beynəlxalq kino ekspertlərindən ibarət münsiflər heyətinin qərarı ilə Şamil Əliyevin “Çölçü” filmi iki kateqoriyada “Best narratıve feature” (Ən yaxşı bədii film) və “Best dırector” (Ən yaxşı rejissor) mükafatına layiq görülüb.

Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, mükafat heykəl fiqur və sertifikatla təsdiq olunur (http://abq.mindfieldfilmfest.com/winners.html).

Şamil Əliyevin “Çölçü” filmi Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında 2012-ci ildə istehsal olunub. Film 5 qitəni əhatə edən 64 beynəlxalq film festivalında iştirak edərək 30-dan artıq müxtəlif mükafatlara layiq görülüb.

“Çölçü” ümumilikdə bir neçə dəfə “Ən yaxşı bədii film”, “Ən yaxşı rejissor işinə görə”, “Ən yaxşı ssenari”, “Ən yaxşı qadın oyunçu”, “Yaradıcılıq axtarışlarına görə”, eləcə də münsiflər heyətinin xüsusi diplom və mükafatlarına, “Humay” milli mükafatına layiq görülüb.

Filmin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Prodüser M. Hətəmovdur. Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkiliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti