...

Bu il Azərbaycanda dörd məşhur şəxsin heykəli qoyulacaq

Mədəniyyət Materials 23 İyul 2021 15:20 (UTC +04:00)
Bu il Azərbaycanda dörd məşhur şəxsin heykəli qoyulacaq

Bakı. Çingiz Səfərli - Trend:

Bu il Azərbaycanda 4 məşhur şəxsin xatirəsinin əbədiləşdirilməsi məqsədilə heykəl qoyulacaq.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd olunub ki, 2021-ci il ərzində Bakı şəhərində Azərbaycan Respublikası Prezidentinin 11.03.2020-ci il tarixli 1916 nömrəli “Hacı Zeynalabdin Tağıyevin abidəsinin ucaldılması haqqında” və 12 mart 2020-ci il tarixli 1927 nömrəli “Müslüm Maqomayevin abidəsinin ucaldılması haqqında” Sərəncamlarına əsasən Azərbaycanlı xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev və böyük müğənni Müslüm Maqomayevə abidələrin ucaldılması nəzərdə tutulub.

Həmçinin, bəstəkar, pianoçu və dirijor Tofiq Quliyevin heykəlinin də ucaldılması planlaşdırılır.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24 mart 2020-ci il tarixli 119-s nömrəli Sərəncamı ilə Şəmkir şəhərində Fərman Salmanovun heykəli ucaldılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti