...

“Azərbaycan Opera İnciləri” filmi təqdim edilib (FOTO)

Mədəniyyət Materials 23 Sentyabr 2021 20:42 (UTC +04:00)
“Azərbaycan Opera İnciləri” filmi təqdim edilib (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Azərbaycan Opera İnciləri” filmi təqdim edilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, filmin ideya müəllifi Əməkdar artist, Heydər Əliyev Sarayının direktoru Ramil Qasımovdur.

“Azərbaycan Opera İnciləri” filmi Şuşanın Mədəniyyət paytaxtı elan edilməsinə, həmçinin, zəngin tarixi olan opera teatrımızın şanlı fəaliyyətinə həsr edilib.

Filmdə Üzeyir Hacıbəylinin “Koroğlu”, Əfrasiyab Bədəlbəylinin “Nizami”, Müslüm Maqomayevin “Nərgiz”, Reinhold Glierin “Şaxsənəm”, Fikrət Əmirovun “Sevil” və Ramiz Mustafayevin “Vaqif” operalarından əsərlər təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti