...

Sülh dayanıqlı olmalıdır ki, mədəniyyəti qura bilək - Anar Kərimov

Mədəniyyət Materials 2 Dekabr 2021 12:39 (UTC +04:00)
Sülh dayanıqlı olmalıdır ki, mədəniyyəti qura bilək - Anar Kərimov

Bakı. Humay Ağacanova - Trend:

İşğaldan azad edilən ərazilərdə bərpa işləri mədəni irsin bərpasından başlayır.

Trend-in məlumatına görə bunu, “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlar Forumunda çıxışı zamanı mədəniyyət naziri Anar Kərimov deyib.

"Biz bərpa işləri üçün dayanıqlı sülhdən əmin olmalıyıq. Mədəniyyət naminə sülhü Ermənistana təlqin etməliyik. Sülh dayanıqlı olmalıdır ki, mədəniyyəti qura bilək. Bu sadəcə mədəniyyətlərin bərpası yox, həm də mənəvi məna daşıyır.

Qeyd edək ki, ADA Universitetində “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlar Forumu (“Peace4Culture” Partners Forum) işə başlayıb.

BMT-nin Sivilizasiyalar Alyansı, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO), ADA Universiteti və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşan tədbirdə dövlət rəsmiləri, bir sıra beynəlxalq təşkilatların və sülhün təşviqi üzrə ixtisaslaşmış institutların, diplomatik korpusun rəhbər şəxsləri və nümayəndələri iştirak edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti