...

Müslüm Maqomayevin 80 illik yubileyinə həsr olunmuş möhtəşəm xatirə gecəsi (TAM VİDEO)

Mədəniyyət Materials 18 Avqust 2022 22:59 (UTC +04:00)
Müslüm Maqomayevin 80 illik yubileyinə həsr olunmuş möhtəşəm xatirə gecəsi (TAM VİDEO)

Avqustun 17-də “Yaşıl Teatr” Bakı Konsert Kompleksində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə dünyaşöhrətli opera və estrada müğənnisi, bəstəkar, SSRİ-nin və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin 80 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilib.

Trend xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.

Xatirə gecəsində ulu öndər Heydər Əliyevin Müslüm Maqomayev haqqındakı fikirlərini əks etdirən fraqmentlər nümayiş olunub.

Sonra Müslüm Maqomayevin “Odlar Yurdu Azərbaycan” mahnısı səsləndirilib.

Daha sonra Azərbaycan Respublikasının Xalq artistləri Azər Zeynalov, Dinarə Əliyeva, Elçin Əzizov, Emin Ağalarov, Samir Cəfərov, Əməkdar artist Azər Rza, Başqırdıstan Respublikasının Xalq artisti Askar Abdrazakov, Gürcüstanın Xalq artistləri Nani Breqvadze, Vaxtanq Kikabidze, italiyalı tenor, dünyaşöhrətli müğənni Alessandro Safina, Nürnberq Opera Teatrının solisti, vokalçıların Müslüm Maqomayev adına birinci beynəlxalq müsabiqəsinin laureatı Cavid Səmədov, Rusiyanın Əməkdar artisti Yana Melikayeva və digər ifaçılar Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini ifa ediblər. Eləcə də Müslüm Maqomayevin repertuarından əsərlər səsləndirildi, görkəmli müğənni haqqında videoçarxlar nümayiş olunub.

Trend Müslüm Maqomayevin 80 illik yubileyinə həsr olunmuş xatirə gecəsindən tam videonu təqdim edir:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti