...

Türkiyədən qaçaqmalçılıqla çıxarılan artefaktlar geri tələb olunub

Mədəniyyət Materials 14 Aprel 2023 13:53 (UTC +04:00)
Türkiyədən qaçaqmalçılıqla çıxarılan artefaktlar geri tələb olunub

Bakı. Trend:

Antalya Tanıtma Vəqfi (ATAV) tərəfindən xaricə qaçaqmalçılıq yolu ilə aparılan 8 tarixi əsərin geri qaytarılması üçün change.org saytında layihə başladılıb.

Trend-in TurkicWorld-a istinadən məlumatına görə, “Əsərlər Aid olduğu Yerdə Gözəldir” adlı layihəyə dəstək verənlərin sayı 25 minə yaxınlaşıb.

İmzalar 100 minə çatdıqda, UNESCO-ya eksponatların geri qaytarılması tələbi göndəriləcək. Nereidlər abidəsi, Payava sarkofaqı və Thyke heykəli kimi əvəzolunmaz artefaktların geri qaytarılması üçün səylər göstərilir. ATAV prezidenti Yeliz Gül Ege bu əsərlərin ümumiyyətlə 19-cu əsrdə və ondan əvvəl qaçaqmalçılıq yolu ilə gətirildiyini bildirib.

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Qaçaqmalçılıqla Mübarizə İdarəsinin qabaqcıl bir qurum olaraq əzmlə işlədiyini ifadə edən Yeliz Gül Ege qeyd edib ki, imza kompaniyasını həyata keçirdiyimiz vətəndaş cəmiyyətinin təşəbbüsü könüllü və beynəlxalq bir işdir, çünki dünyanın hər yerindən iştirakçılar var. Burada aparıcı qurum Mədəniyyət və Turizm Nazirliyinin Qaçaqmalçılıqla Mübarizə İdarəsidir.

Məlumat üçün qeyd edək ki, kampaniyaya daxil olmayan 12 əsər Antalya Muzeyinə gətirilib.

"Noyabr ayında şəhərimizə 6 əsər gəlib. Ümumilikdə Antalya Muzeyində bizə məxsus 18 əsər sərgilənir. Səlahiyyətlilərdən aldığımız məlumata görə, bu artefaktlar orijinallığını qoruyub saxlayır, heç bir zərər dəyməyib. Bizim heç bilmədiyimiz, amma nazirliyin izinə düşüb tapdığı əsərlər var. Onların geri qaytarılması üçün səylər davam edir” - deyə ATAV prezidenti Ege bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti