...

Gözəlliklər və xəyallar dünyasına maraqlı səyahət - "Leonardo Art School Baku" tələbələrinin əsərlərinin sərgisi (FOTO)

Mədəniyyət Materials 17 İyun 2023 19:57 (UTC +04:00)
Gözəlliklər və xəyallar dünyasına maraqlı səyahət - "Leonardo Art School Baku" tələbələrinin əsərlərinin sərgisi (FOTO)
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda yerləşən “Qalereya 1969” salonunda "Leonardo Art School Baku" rəssamlıq məktəbinin tələbələrinin əsərlərindən ibarət sərgi keçirilib.

Trend xəbər verir ki, "Təxəyyülün pərvazı" adlı sərgidə "Leonardo Art School Baku" rəssamlıq məktəbində rəsm dərsi alan 3-13 yaş arası 43 gənc rəssamın 100-dən çox əsəri sərgilənib.

Sərginin təşkil olunmasında əsas məqsəd tələbələrin tədris ili müddətində ərsəyə gətirdikləri ən yaxşı işləri nümayiş etdirməklə onların istedadını üzə çıxarmaq, incəsənətə maraqlarını daha da artırmaq və yaradıcılıq potensiallarını inkişaf etdirməkdən ibarətdir.

Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının katibi, professor Ağəli İbrahimov sərgilənən əsərləri yüksək qiymətləndirərək sərginin möhtəşəm olduğunu vurğulayıb.

"Leonardo da Vinçinin belə bir sözü var: "Sənət görünən poeziyadır, poeziya isə eşidilən rəsmdir". Deyərdim ki, sərgidə çox istedadlı uşaqların maraqlı işlərini seyr edə bilərik. Mühüm olan odur ki, onlar bu qədər gənc yaşda artıq Avropa rəssamlıq məktəbləri barəsində bilirlər, Salvador Dali, Pablo Pikasso, Vinsent Van Qonqun yaradıcılığı ilə tanışdırlar. Leonardo Art School Baku məktəbində uşaqları yaradıcılıq axtarışında yönləndirən, onların yaradıcı təfəkkürünü, təxəyyülünü və fantaziyasını inkişaf etdirən yaxşı müəllimlər var. Uşaqlar dünyanı böyüklərdən tamamən fərqli görür, onlarda səmimilik var və bunu qırmaq olmaz", - xalq rəssamı deyib.

"Leonardo Art School Baku"nun müəllimi Ləman Tağızadənin sözlərinə görə, gənc müəlliflərin əsərləri rəsmin müxtəlif texnikalarında və istiqamətlərində yerinə yetirilib.

"Əsərləri ərsəyə gətirərkən Anri Matissin kollajına, Klod Monenin impressionizminə, Pablo Pikassonun kubizminə və hətta Salvador Dalinin sürreealizminə müraciət etmişik. Yaradıcılıq prosesində tələbələrə tam bədii özünüifadə azadlığı verilir ki, öz bacarıq və fantaziyalarını maksimum tətbiq edə, texnikaları qarışdıra və eyni mövzularda tamamilə fərqli və individual əsərlər yarada bilsinlər", - deyə Ləman Tağızadə qeyd edib.

Sərginin "Təxəyyülün pərvazı" adlandırılması heç də təsadüfi deyil, “Qalereya 1969” sərgi zalında nümayiş olunan bütün əsərlər seyr edənləri cəsur kompozisiya həlləri, kolorit və rəng birləşmələrinin harmoniyası ilə heyran ediblər. Hər bir əsər inanılmaz gözəllik və xəyallar dünyasına maraqlı səyahətdir. Gənc müəlliflər təkcə parlaq xəyallar qurmağa deyil, həm də bu xəyalları bədii əsərlərdə təcəssüm etdirmək qabiliyyətinə malikdirlər və nəticədə bu əsərlər izləyicilərin heyranlıq obyektinə çevrilir. "Leonardo Art School Baku"nun müəllimləri yetirmələrinə istedadlarını üzə çıxarmaqda, incəsənəti sevməkdə və yeni yaradıcılıq imkanlarını açmaqda kömək edirlər.

"Leonardo Art School Baku"nun müəlliməsi Ləman Tağızadənin sözlərinə görə, gənc müəlliflərin əsərləri rəsmin müxtəlif texnikalarında və istiqamətlərində yerinə yetirilib.

"Əsərləri ərsəyə gətirərkən Anri Matissin kollajına, Klod Monenin impressionizminə, Pablo Pikassonun kubizminə və hətta Salvador Dalinin sürreealizminə müraciət etmişik. Yaradıcılıq prosesində tələbələrə tam bədii özünüifadə azadlığı verilir ki, öz bacarıq və fantaziyalarını maksimum tətbiq edə, texnikaları qarışdıra və eyni mövzularda tamamilə fərqli və individual əsərlər yarada bilsinlər", - deyə Ləman Tağızadə qeyd edib.

Sərginin "Təxəyyülün pərvazı" adlandırılması heç də təsadüfi deyil, “Qalereya 1969” sərgi zalında nümayiş olunan bütün əsərlər seyr edənləri cəsur kompozisiya həlləri, kolorit və rəng birləşmələrinin harmoniyası ilə heyran ediblər. Hər bir əsər inanılmaz gözəllik və xəyallar dünyasına maraqlı səyahətdir. Gənc müəlliflər təkcə parlaq xəyallar qurmağa deyil, həm də bu xəyalları bədii əsərlərdə təcəssüm etdirmək qabiliyyətinə malikdirlər və nəticədə bu əsərlər izləyicilərin heyranlıq obyektinə çevrilir. "Leonardo Art School Baku"nun müəllimləri yetirmələrinə istedadlarını üzə çıxarmaqda, incəsənəti sevməkdə və yeni yaradıcılıq imkanlarını açmaqda kömək edirlər.

"Leonardo Art School Baku"nun tələbəsi, 6 yaşlı Əhməd Məmmədzadə sərgidə müxtəlif mövzuları əks etdirən bir sıra əsərlər nümayiş etdirib, bunlar təbiət mövzusu, natürmortlar və Bakı şəhərinin simvolik memarlıq binaları ilə şəhər peyzajıdır.

"Müxtəlif peyzajları təsvir etməyi, natürmortlar, təbiət rəsmlər çəkməyi sevirəm. Qırmızı rəngin çalarları xoşuma gəlir və onlardan əsərlərimdə tez-tez istifadə etməyə çalışıram. "Leonardo Art School Baku"dakı məşğələlərə böyük maraqla qatılıram, burada dərslər maraqlı və öyrədici keçir", - gənc rəssam Əhməd Məmmədzadə deyib.

Sərginin iştirakçısı Aylin Məmmədova isə etiraf edib ki, əsərlərini yaratmağa onu Anri Matissin əsəri ilhamlandırıb.

"Əsərlərimdə parlaq rənglərdən - narıncı, bənövşəyi, çəhrayı rənglərdən istifadə etməyi sevirəm. Rəsmlə bir ildir ki, məşğul oluram, "Leonardo Art School Baku" məktəbində məşğul olmaq çox xoşuma gəlir, çalışıram ki, gözəl əsərlər yaradım", - deyə 10 yarşı Aylin Məmmədova qeyd edib.

10 yaşlı Ayan Məmmədova çəhrayı flaminqonun təsvir olunduğu əsərini nümayiş etdirib. "Sərgidə iştirak etdiyim üçün şadam, mən qürub vaxtı dəniz sahilində dayanan flaminqo çəkmişəm. Məktəbdəki məşğələlərdə bizə rəng qammasını seçməyi, işıq və kölgəni ötürməyi öyrədirlər", - Ayan Məmmədova deyib.

Məryəm Abdullayeva etiraf edib ki, heyvanları çəkmək daha çox xoşuna gəlir. "Sərgidə mənim "Panda" əsərim nümayiş olunur. Biz artıq məktəbdə tədris ilini bitirmişik və səbirsizliklə məşğələlərin yenidən başlamasını gözləyirəm. Sərgidəki bütün əsərlər gözəl, parlaq və kreativdir", - 8 yaşlı Məryəm Abdullayeva deyib.

12 yaşlı Ayan Məmmədova rəsmlə beş yaşından məşğuldur, indi isə ona dizaynla əlaqəli hər şey maraqlıdır. "Muzeyləri ziyarət edirəm, məşhur rəssamların əsərlərinə, hansı rənglərdən istifadə etdiklərinə, kompozisiyaları necə yaratdıqlarına baxıram. Sonra öz fantaziyamı qataraq onların texnikasını təkrarlamaq xoşuma gəlir. "Leonardo Art School Baku"dakı məşğələlərdə bizə təkcə rəsm çəkməyi öyrətmirlər, biz həmçinin görkəmli rəssamların yaradıcılığı və onların yaratdıqları əsərlər barədə çox şey öyrənirik", - Ayan Məmmədova deyib.

Uşaq rəsmlərindən ibarət sərgi ziyarətçilərin böyük marağına səbəb olub və həm "Leonardo Art School Baku"nun tələbə və müəllimlərinə, həm də tədbirin bütün qonaqlarına parlaq emosiyalar bəxş edib.

"Leonardo Art School Baku" gənc istedadların öz bacarıq, kreativlik və assosiativ təfəkkürünü kəşf edərək inkişaf etdirdikləri gözəl tədris və yaradıcılıq məkanıdır. Tədris ilinin sonunda nümayiş olunan yekun sərgi və buradakı əsərlər tələbələrin əldə etdikləri bilik və bacarıqları əyani şəkildə göstərir.

Qeyd edək ki, "Leonardo Art School Baku" tələbələrin mərhələli yaradıcı inkişafı üçün beş əsas kursdan istifadə edir. Hər bir tədris ili "Leonardo Art School Baku" tələbələrinin ən yaxşı əsərlərinin illik ekspozisiyası ilə başa çatır.

Facebook: Leonardo Art School Baku

Instagram: leonardo_art_baku

"Leonardo Art School Baku"da qeydiyyatdan keçmək istəyənlər 050 226 56 65 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti