...

Ordubadda dövlət tarix-mədəniyyət qoruğu yaradılacaq

Mədəniyyət Materials 20 Sentyabr 2023 14:00 (UTC +04:00)

Bakı. Trend:

Ordubad şəhərinin qədim məhəllələrini əhatə edən ərazidə dövlət tarix-mədəniyyət qoruğu yaradılacaq.

Trend-in xəbərinə görə, bu, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın 2023–2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı”nda əksini tapıb.

Plana əsasən, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Mədəniyyət Nazirliyi ilə birgə 2023-cü ildə Ordubad şəhərinin qədim məhəllələrini əhatə edən ərazidə dövlət tarix-mədəniyyət qoruğunun yaradılması ilə bağlı müvafiq normativ hüquqi aktların hazırlanmasını təmin etməlidir. Eyni zamanda, 2023-cü il ərzində Naxçıvan Dövlət Filarmoniyası və Naxçıvan Dövlət Uşaq Filarmoniyası; Naxçıvan Dövlət Kukla Teatrı və Naxçıvan Dövlət Uşaq Teatrı üçün yeni binanın tikintisi ilə bağlı layihə sənədləri hazırlanmalıdır.

Xəbər lenti

Xəbər lenti