Bakı. Trend:
Tanınmış muğam tədqiqatçısı, şair, publisist, yazıçı, Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvü, filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlı 75 yaşında vəfat edib.
Trend-in məlumatına görə, Gülhüseyn Kazımlı 1950-ci il fevralın 4-də Cəbrayılda anadan olub.
G.Kazımlı Dövlət Pedaqoji İnstitutunun məzunu olub. Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Nəzarət Müfəttişliyində, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatında, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin mərkəzi aparatında işləyib. Azərbaycan Torpaq və Xəritəçəkmə Məsələləri Dövlət Komitəsinin “Torpaq” qəzetinin baş redaktoru, Azərbaycan Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının işçi qrupunun üzvü olub.
O, uzun illər Beynəlxalq Muğam Mərkəzində elmi-tədqiqat işlərinə, muğam gecələrinə, tanınmış mədəniyyət xadimlərinin yaradıcılıq tədbirlərinə və yubileylərinə rəhbərlik. "Vətən sevgisi", "Yollarda ömür", "Mənə inan", "İnsanın dərki", "Ümid yeri", "Heydərlərin yadigarları", "Seçilmiş əsərləri", "Salam, Məşədi", “Bülbülcan” kimi iyirmidən çox kitabın, Azərbaycan muğam tarixinə dair mühüm araşdırmalar və əsərlərin müəllifidir. Onun şeirlərinə görkəmli bəstəkarlar Şəfiqə Axundova, Azər Rzayev, Oqtay Rəcəbov, Tofiq Babayev, Əfsər Cavanşirov, Nəriman Məmmədov və başqalarının əsərləri yazılıb. Həmin əsərləri xalq artistləri Baba Mirzəyev, Zaur Rzayev, Flora Kərimova, Eldar Axundov, Oqtay Ağayev, Oqtay Ağayev və digərləri ifa etmişlər. Eyvaz Həsənov, Səkinə İsmayılova və başqaları ifa ediblər.
Allah rəhmət eləsin