...

Dövlət Simfonik Orkestrinin və Anar Bramonun konserti keçirilib (FOTO)

Mədəniyyət Materials 1 Aprel 2024 17:20 (UTC +04:00)
Dövlət Simfonik Orkestrinin və Anar Bramonun konserti keçirilib (FOTO)
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

М.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti keçirilib.

Trend xəbər verir ki, bədii rəhbər və baş dirijor, Əməkdar artist Fuad İbrahimovun rəhbərliyi, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə solist Anar Bramo (violin) ifasını dinləyicilərə təqdim edib.

Proqramda J.Brahms “Joseph Haydn mövzusuna variasiyalar”, M.Bruch Violin və orkestr üçün 1 saylı konsert (g-moll, op.26), A.Borodin “Knyaz İqor” operasından “Qıpçaqların rəqsi” və G.⁠Bizet - F.Waxman - A.Bramo “Karmen fantaziyası” səslənib.

Anar Bramo Almaniyada yaşayan azərbaycanlı violin ifaçısı, dirijor və bəstəkardır. 2020-ci ildən Almaniyada Attendorn Kamera Orkestrinin baş dirijoru və Oberberq simfonik orkestrinin dirijorudur.

A.Bramo 1981-ci ildə Bakıda musiqiçi ailəsində anadan olub. 1998-2002-ci illərdə Bakı Musiqi Akademiyasında B.Mehdiyevin sinfində təhsil alıb. 2002-ci ildən Almaniyanın Folkvanq İncəsənət, eləcə də, Köln Musiqi və Rəqs Universitetində təhsilini davam etdirib. 2010-2016-cı illərdə Almaniyada Südwestfalen Filarmonik Orkestrinin köməkçi konsertmeysteri vəzifəsində çalışıb. O, tez-tez dünyanın müxtəlif ölkələrində çoxsaylı orkestrlərlə çıxışlara və müxtəlif festivallara solist kimi dəvət olunur.

2002-ci ilin avqustunda Comune di Genova (İtaliya) vasitəsilə N.Paqanininin “Sivori” violinisinin Anarın Bakıdakı konsertində ifa etməsi üçün Azərbaycana gətirilməsi onun həyatının ən mühüm hadisələrindən biri olub. O zamana qədər 180 il ərzində Genuya muzeyində saxlanılan “Sivori” violini cəmi 12 violin ifaçısı tərəfindən səsləndirilmişdi.

2003-cü ildən mütəmadi olaraq G.Kremer tərəfindən "Kremerata Baltica" orkestrində çıxış etmək üçün dəvət olunur. O, həmçinin Kremer tərəfindən əsası qoyulan Lokkenhausda keçirilən məşhur festivalda solist kimi çıxışlar edib. 2006-cı ildə, o, Parisdə H.Berlioz Milli Assosiasiyasının “Hektor Berlioz” medalına layiq görülüb.

2020-ci ildə yazdığı "Şuşa" mahnısı Heydər Əliyev Fondu tərəfindən lentə alınaraq ilk olaraq vətəni Azərbaycanda, sonra isə Berlin Filarmoniyasında təqdim olunmuşdu.

2023-cü ilin iyul ayında Buxarest beynəlxalq dirijorluq müsabiqəsinin finalçısı və xüsusi mükafatın sahibi olub.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Xəbər lenti

Xəbər lenti