...

Tacikistan Milli Kitabxanasında Azərbaycan Ədəbiyyatı Guşəsi yaradılıb

Mədəniyyət Materials 22 May 2025 09:56 (UTC +04:00)
Tacikistan Milli Kitabxanasında Azərbaycan Ədəbiyyatı Guşəsi yaradılıb
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Tacikistan Milli Kitabxanasında Azərbaycan Ədəbiyyatı Guşəsinin açılış mərasimi olub.

Bu barədə Trend-ə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tədbirdə Azərbaycanın mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyov, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, Tacikistan Milli Kitabxanasının direktoru Farzalizada Cumaxon, eləcə də hər iki ölkənin nazirlik və Milli Kitabxana nümayəndələri, elmi-ictimai xadimlər və media mənsubları iştirak ediblər.

Vurğulanıb ki, Mədəniyyət Günləri çərçivəsində artıq beşinci ölkədir ki, ən böyük kitabxanalarda Azərbaycan Ədəbiyyatı Guşəsi yaradılır.

Azərbaycan Ədəbiyyatı Guşəsinin açılması ölkənin görkəmli ədəbi-ictimai xadimlərinin əsərləri ilə xaricdə yaşayan azərbaycanlıların, həmçinin yerli vətəndaşların daha yaxından tanış olması üçün fürsət yaradır.

Guşədə oxuculara 250-dən artıq nəşr təqdim edilir. Burada Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı və müasir inkişafına dair nəşrlər yer alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti