...

Fuad Muradov seçiciləri ilə görüşüb (FOTO)

Seçki 2015 Materials 17 Oktyabr 2015 12:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 oktyabr /Trend/

34 saylı Xətai ikinci seçki dairəsindən deputatlığa namizəd Fuad Muradov rayonun Qədir Məmmədov və Cavanşir küçələrində 12 binanın sakinləri ilə görüşlər keçirib.

Seçiciləri qarşısında çıxış edən F.Muradov bildirib ki, bu gün müstəqil və daim inkişaf edən Azərbaycanın vətəndaşları olaraq seçkilərdə iştirak etməli və öz münasibətimizi bildirməliyik: "Mən Xətai rayonundan namizədliyi verdim. Mənim üçün Azərbaycanın hər bir güşəsi əzizdir. Sizinlə birlikdə olmaq, sizin dəstəyinizlə bu rayonda işləmək üçün gəlmişəm. Bundan əvvəlki fəaliyyətimizlə bağlı məlumat ala bilərsiniz. Əsas məqsədimiz odur ki, bu gün inkişaf edən ölkəmizin daha da çiçəklənməsi üçün öz töfhəmizi verək. İnanıram ki, hər bir vətəndaşımız dövlətimizin apardığı siyasəti izləyir və dəstəkləyir."

Görüşdə çıxış edən ağsaqqallar, gənclər bu gün Azərbaycanın əsas məsələsi olan ərazi bütövlüyünün bərpa edilməsinin vacib olduğunu diqqətə çatdırıblar. O da qeyd olunub ki, hər bir Azərbaycan vətəndaşı istənilən vaxt torpaqlarımızın azad edilməsinə hazırdır.

Seçicilər bildiriblər ki, F.Muradov Xətai sakinlərinin seçimi olacaq: "Çünki biz yanımızda olan, bizə dəstək nümayiş etdirən namizədə səs verəcəyik. Fuad Muradovun hər gün rayonun, demək olar, əksər ərazilərində olduğunun, insanlarla birbaşa ünsiyyət qurduğunun şahidiyik. 1 noyabrda bizim deputatımız Fuad Muradovdur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti