...

Müstəsna hallarda seçki məntəqələrinin yaradılması müddəti sabah başa çatır

Seçki 2015 Materials 26 Oktyabr 2015 13:58 (UTC +04:00)
Milli Məclisə noyabrın 1-ə təyin edilmiş seçkilərlə əlaqədar müstəsna hallarda seçki məntəqələrinin yaradılması müddəti oktyabrın 27-də başa çatır.
Müstəsna hallarda seçki məntəqələrinin yaradılması müddəti sabah başa çatır

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 26 oktyabr /Trend, müxbir Elçin Mehdiyev/

Milli Məclisə noyabrın 1-ə təyin edilmiş seçkilərlə əlaqədar müstəsna hallarda seçki məntəqələrinin yaradılması müddəti oktyabrın 27-də başa çatır.

Trend-in məlumatına görə, Seçki Məcəlləsinə əsasən, seçki məntəqələri müvafiq dairə komissiyaları tərəfindən müvafiq icra hakimiyyəti orqanı və bələdiyyə qurumu ilə razılaşdırılmaqla, seçicilər üçün maksimum əlverişli şərait yaradılmasının zəruriliyi, yerli və digər şərait nəzərə alınmaqla yaradılır.

Müstəsna hallarda isə seçki məntəqələri müvafiq dairə seçki komissiyasının qərarına uyğun olaraq, müvafiq qurumların rəhbərləri tərəfindən səsvermə gününə azı 5 gün qalmış yaradılır.

Qeyd edək ki, müstəsna hallarda seçki məntəqələrinin yaradılması səsvermə günü ümumi seçki məntəqəsində səs verməyə gələ bilməyən seçicilər üçün nəzərdə tutulur. Məsələn, səsvermə günü üzən gəmilərdə, seçicilərin müvəqqəti olduqları yerlərdə (xəstəxanalarda, sanatoriyalarda, istirahət evlərində), xüsusi rejimli hərbi hissələrdə müstəsna hallarda seçki məntəqələri yaradıla bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti