...

Litva MSK Azərbaycanda keçiriləcək seçkilərlə bağlı görülmüş işlərlə maraqlanıb

Seçki 2015 Materials 30 Oktyabr 2015 22:20 (UTC +04:00)
Azərbaycan Milli Məclisinə seçkiləri müşahidə etmək üçün ölkəmizdə səfərdə olan Litva Mərkəzi Seçki Komissiyasının sədri Zenonas Vaiqauskasın rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşüb.
Litva MSK Azərbaycanda keçiriləcək seçkilərlə bağlı görülmüş işlərlə maraqlanıb

Azərbaycan, Bakı, 30 oktyabr /Trend/

Azərbaycan Milli Məclisinə seçkiləri müşahidə etmək üçün ölkəmizdə səfərdə olan Litva Mərkəzi Seçki Komissiyasının sədri Zenonas Vaiqauskasın rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşüb.

MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, litvalı həmkarını salamlayan M.Pənahov əlaqələri daim genişlənməkdə olan iki ölkənin ali seçki qurumları arasındakı sıx əməkdaşlıqdan da məmnunluğunu bildirib. O vurğulayıb ki, qurumlararası münasibətlər və qarşılıqlı təcrübə mübadiləsi seçki praktikasının daha da təkmilləşdirilməsində mühüm rol oynayır.

Seçkilərin müşahidəsi üçün dəvətə və MSK-dakı səmimi qəbula görə təşəkkürünü bildirən Litva Mərkəzi Seçki Komissiyasının sədri Z.Vaiqauskas noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərlə bağlı görülmüş işlərlə maraqlanıb. M.Pənahov Milli Məclisə seçkilərin azad, ədalətli və şəffaf keçirilməsi üçün həyata keçirilmiş genişmiqyaslı layihələr barədə ətraflı məlumat verib və qonaqların suallarını cavablandırıb.

Görüşdə, həmçinin qurumlararası əməkdaşlığın daha da inkişaf etdirilməsinin perspektivləri və qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti