...

Ağdamda zəhərlənən ailənin 3 azyaşlı üzvü Bakıda uşaq xəstəxanasına köçürüldü

Gündəm Materials 22 Yanvar 2018 11:05 (UTC +04:00)
Ağdam rayonunda qidadan zəhərlənmə ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilən ailənin 3 azyaşlı üzvü Ə.Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanasına yerləşdirilib.
Ağdamda zəhərlənən ailənin 3 azyaşlı üzvü Bakıda uşaq xəstəxanasına köçürüldü

Trend-i buradan izləyin

Bakı. Samir Əli - Trend:

Ağdam rayonunda qidadan zəhərlənmə ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilən ailənin 3 azyaşlı üzvü Ə.Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanasına yerləşdirilib.

Bu barədə Trend-ə Kliniki Tibbi Mərkəzin baş həkiminin müavini Məhəbbət İbrahimova deyib.

Onun sözlərinə görə, ailənin 4 üzvü isə Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib: "Ailə üzvləri - Cabbarova Əsmər Fərhad qızı, İsmayılova Elnaz Fərhad qızı, Cabbarova Aygün Cəbrayıl qızı və Cabbarov Rahib Cəbrayıl oğlu hazırda Mərkəzin reanimasiya şöbəsindədirlər. Vəziyyətləri ağır olsa da, hazırda sabitləşib. Hazırda onların müalicələri davam etdirilir. Hadisə nəticəsində zəhərlənən azyaşlılar - Cabbarova Nərmin Emin qızı, Cabbarova Mafizə Emin qızı və Cabbarov Rahil Nicat oğlu isə hazırda 2 saylı Klinik Uşaq Xəstəxanasındadırlar".

Qeyd edək ki, yanvarın 21-də Ağdam rayonunun Çullu kəndində bir ailənin 7 üzvü qidadan zəhərlənib. Ailə kustar üsulla hazırlanmış xiyar turşusundan zəhərlənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti