Bakı. İlhamə İsabalayeva - Trend:
Bu gün kütlə “əskər” sözünün bu cür yazılışını dəstəkləmir. Dilçilərin 50 faizinin fikrincə də “İsgəndər, əsgər" yazılmalıdır. Komissiya da yəqin ki, bu sözlərin yazılışını "İsgəndər", "əsgər" kimi qəbul edəcək.
Trend-in məlumatına görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli komitənin bu gün keçirilən iclasında deyib.
Millət vəkilinin sözlərinə görə, "alqı-satqı" sözü "çalğı" sözü kimi eyni qayda ilə yazılmalıdır: ""Alqı-satqı" ilə eyni qayda ilə deyilən "çalğı" sözü də var. Amma biz “calqı” yox, "çalğı" yazırıq. Dil qaydasına görə, bu sözlər eyni yazılmalıdır. Amma ictimai fikirlərdən onu görürük ki, xalq bu məsələdə ənənənin tərəfdarıdır, yəni çoxluq "alqı-satqı" sözünün "alqı-satqı" kimi yazılmasının tərəfindədir”.