...

12 milyon dollarlıq dələduzluqda təqsirləndirilən iş adamına 10 il həbs istənildi

Gündəm Materials 31 Yanvar 2018 13:55 (UTC +04:00)
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilərək həbs olunan iş adamı Ceyhun Canıyevin işi üzrə məhkəmə prosesi davam etdirilib.
12 milyon dollarlıq dələduzluqda təqsirləndirilən iş adamına 10 il həbs istənildi

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilərək həbs olunan iş adamı Ceyhun Canıyevin işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb və dövlət ittihamçısı təqsirləndirilən şəxsə cəza istəyib.

Prokuror C.Canıyevin 10 il azadlıqdan məhrum edilməsini istəyib. Proses fevralın 7-də davam edəcək.

İttihama görə, iş adamı C.Canıyev Bakıda bir neçə sahibkarı aldatmaqla onlardan külli miqdarda pul alıb. C.Canıyev ümumilikdə, 12 milyon dollar mənimsəməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti