...

Ağcabədidə 4 ədəd PHS aşkar olunub

Gündəm Materials 1 Fevral 2018 23:03 (UTC +04:00)
Ağcabədi rayonunda mərmi aşkar olunub.
Ağcabədidə 4 ədəd PHS aşkar olunub

Bakı. Trend:

Ağcabədi rayonunda mərmi aşkar olunub.

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata əsasən, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Ağcabədi rayonu, Böyük Kəhrizli kəndi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş ərazidə 1 ev və həyətyanı sahəyə baxış keçirilmiş, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 4 ədəd partlamamış hərbi sursat (2 ədəd F-1 əlqumbarası və 2 ədəd UZRQM partladıcısı) aşkar olunub və götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti