...

Baş epidemioloq: Kəskin respirator virus infeksiyaları epidemioloji həddi keçməyib

Gündəm Materials 21 Fevral 2018 10:48 (UTC +04:00)
Kəskin respirator virus infeksiyaları epidemioloji həddi keçməyib.
Baş epidemioloq: Kəskin respirator virus infeksiyaları epidemioloji həddi keçməyib

Bakı. İlhamə İsabalayeva - Trend:

İnsanlar arasında kəskin respirator virus infeksiyaları bu gün üçün epidemioloji həddi keçməyib.

Trend-in.məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev deyib.

O bildirib ki, insanlar arasında kəskin respirator virus infeksiyaları hər zaman müşahidə olunur:

"Hər kəs bir faktı dəqiq bilməlidir ki, infeksiyaları tamamilə ləğv etmək mümkün deyil. Önəmli olan budur ki, həmin infeksiyalar bu gün üçün epidemioloji həddi keçməyib. Sadəcə insanlar xəstələnəndə müvafiq tibb müəssisələrinə müraciət edərək həkim müayinəsindən keçəndən sonra düzgün şəkildə müalicə almalıdırlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti