...

Yalnız bu 13 nəfər dövlət qulluğuna qəbul ola bildi

Gündəm Materials 27 Fevral 2018 10:07 (UTC +04:00)
Fevralın 18-də dövlət qulluğuna qəbul imtahanında iştirak etmiş 1537 namizəddən 174-ü ali təhsil müəssisələrinə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının əmri ilə qəbul olmayıb.
Yalnız bu 13 nəfər dövlət qulluğuna qəbul ola bildi

Bakı. İlhamə İsabalayeva - Trend:

Fevralın 18-də dövlət qulluğuna qəbul imtahanında iştirak etmiş 1537 namizəddən 174-ü ali təhsil müəssisələrinə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının əmri ilə qəbul olmayıb.

Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, imtahanda iştirak üçün qeydiyyatdan keçmiş 1537 namizəddən 1363 nəfəri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul imtahanlarının nəticələrinə əsasən, ali təhsil müəssisələrinə qəbul olub. Bu şəxslərdən 453 nəfəri imtahandan uğurla keçib.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş, lakin ali təhsil müəssisələrinə TQDK-nın əmri ilə qəbul olmayan 174 nəfərin yalnız 13-ü (7.4%) imtahanda uğur qazanıb.

Müvəffəqiyyət əldə edənlərdən 1 nəfər xarici təhsil müəssisələrini, 12 nəfər isə ölkənin ali təhsil müəssisələrini bitirib.

Xəbər lenti

Xəbər lenti