Bakı. Trend:
Bu gün Bakıda Novruz bayramı ilə əlaqədar ümümxalq şənliyi keçirilib.
Trend-in məlumatına görə, İçərişəhər və Bulvar ərazisində keçirilən şənlikdə pəhləvanlar, pantomima artistləri, skripkaçılar, zurnaçılar, kəndirbaz və sehirbazlar öz məharətini göstərəcək, uşaq teatrının artistləri, bədii və tarixi personajlar, müxtəlif ölkələrin xalq və əfsanəvi qəhrəmanlarının canlı obrazları, Novruz bayramının əsas qəhrəmanları olan Kosa və Keçəlin iştirakı isə şənliyə qatılan insanlara əsl bayram əhvali-ruhiyyəsi yaşadıb.
Trend Novruz bayramı ilə əlaqədar ümümxalq şənliyindən bahar dolu fotoları təqdim edir: