...

Bakıda Rusiya səfirliyində dövlət bayrağı endirildi

Gündəm Materials 28 Mart 2018 10:08 (UTC +04:00)
Bu gün Bakıda Rusiyanın səfirliyində dövlət bayrağı endirilib.
Bakıda Rusiya səfirliyində dövlət bayrağı endirildi

Bakı. Trend:

Bu gün Bakıda Rusiya səfirliyində dövlət bayrağı endirilib.

Trend-in məlumatına görə, bu addım martın 25-də Rusiyanın Kemerovo vilayətində ticarət mərkəzində baş vermiş yanğında çoxsaylı insan tələfatı ilə əlaqədar elan olunmuş matəm günü ilə bağlı atılıb.

Ötən gün Rusiya Prezidenti Vladimir Putin ölkədə matəm elan olunması barədə sərəncam imzalayıb. Sərəncamla ölkə daxilində və xaricində rəsmi dövlət inzibati binalarının üzərindəki Rusiya bayraqları endirilib.

Qeyd edək ki, martın 25-da Kemerovo şəhərindəki "Zimnyaya vişnya" Ticarət Mərkəzində baş vermiş yanğın nəticəsində 41-i uşaq olmaqla, 64 nəfər həlak olub. Bu gün zərəçəkənlərin sayının isə 76-ya çatdığı bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti