...

Azarkeş: Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi çox maraqlı keçdi

Gündəm Materials 29 Aprel 2018 12:27 (UTC +04:00)
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi çox maraqlı keçdi.
Azarkeş: Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi çox maraqlı keçdi

Bakı. Cani Babayeva - Trend:

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi çox maraqlı keçdi.

Bunu Trend-ə gimnastika azarkeşi Afina Əliyeva deyib.

O, aprelin 27-də təntənəli və orijinal keçirilən açılış mərasimində iştirak etdiyini bildirib:

"Müntəzəm olaraq idman yarışlarına gəlirəm və deyə bilərəm ki, Bakıda Dünya Kuboku yüksək səviyyədə keçirilir".

Azarkeş qeyd edib ki, Azərbaycanda idmanı çox sevirlər və gimnastikaya maraq çox böyükdür.

A.Əliyeva Azərbaycan gimnastlarına böyük uğurlar arzulayıb: "Zaldakı bütün azarkeşlər onlara tamaşa edir və dəstəkləyir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti