...

"Sahil" stansiyasında təhlükəsizlik artıq yüksək səviyyədə təmin olunacaq

Gündəm Materials 7 İyun 2018 13:04 (UTC +04:00)
Metronun "Sahil" stansiyasının təmirə bağlanmasının əsas səbəbi eskalatorların dəyişdirilməsi zərurəti idi.
"Sahil" stansiyasında təhlükəsizlik artıq yüksək səviyyədə təmin olunacaq

Bakı. Samir Əli - Trend:

Metronun "Sahil" stansiyasının təmirə bağlanmasının əsas səbəbi eskalatorların dəyişdirilməsi zərurəti idi.

Trend-in məlumatına görə, bunu "Bakı Metropoliteni" ASC-nin sədrinin müavini Hidayət Məmmədov “Sahil” stansiyasının əsaslı təmirdən sonra istifadəyə verilməsi ilə bağlı tədbirdə deyib.

Sədr müavini bildirib ki, 1967-ci il noyabrın 6-da Bakı Metropoliteninin istifadəyə verilən ilk 5 stansiyasından biri olan "Sahil" stansiyasının eskalatorları 50 illik istismar müddətini başa vurmuşdu:

"Bunun üçün bir giriş-çıxışı olan stansiyanın bağlanması və sərnişindaşıma prosesindən təcrid olunması qaçılmaz idi. Təmir müddətində stansiyada quraşdırılmış "LT-3" tipli 3 eskalator sökülərək, yerində Almaniyanın "ThyssenKrupp Fahrtreppe" şirkətinin istehsalı olan "Viktoriya" tipli 4 eskalator quraşdırılıb. Eskalatorların sökülüb-quraşdırıldığı müddətdə stansiya əsaslı təmir olunub. Bu işlər çərçivəsində stansiyanın mərmər-qranit örtüyü, istismar müddətini başa vurmaqda olan, köhnəlmiş və müasir dövrün tələblərinə cavab verməyən avadanlıqlar yenilənib. Eyni zamanda, bir problem yaranarsa, sərnişinlərin təxliyəsində də eskalatorların çoxluğu köməklik göstərəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti