...

Uşaq müəssisələrinin məzunları üçün yeni bina tikilir

Gündəm Materials 20 İyun 2018 15:29 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva -Trend:

Uşaq müəssisələrinin məzunu olan, hər iki valideynini itirmiş uşaqlar üçün 120 mənzilli üçüncü binanın inşasına başlanılıb.

Trend-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov "Hüquq bərabərliyinin təmin olunmasında və təşviqində milli insan hüquqları təsisatlarının rolu" mövzusunda keçirilən Ombudsmanların XV Bakı Beynəlxalq Konfransında çıxışı zamanı deyib.

Nazir müavininin sözlərinə görə, hazırda Azərbaycanda yoxsulluq səviyyəsi 5 faizdir. Bu da qlobal yoxsulluq səviyyəsindən 3 dəfə azdır.

N.Məmmədov bildirib ki, Azərbaycanda aztəminatlı ailələrə dövlət qayğısı göstərilir. 2003-cü ilə nisbətən 2018-ci ilin əvvəlinə ölkəmizdə əmək pensiyasının orta aylıq məbləği 11,3 faiz artıb. Bu dövrdə əmək pensiyasının maliyyələşməsinə yönəldilən illik vəsaitin həcmi 17 dəfə artıb.

Bu ilin mayında "Əlillər haqqında" yeni qanunun qəbul edildiyini xatırladan N.Məmmədovun sözlərinə görə, nazirliyin nəzdində insan alveri qurbanları və insan alveri qurbanı olmaq təhlükəsi ilə üzləşənlər üçün ayrıca mərkəz yaradılıb. Bu mərkəz vasitəsilə 96 insan alveri qurbanına yardım göstərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti