Bakı. Ənvər Məmmədov - Trend:
Dövlət Gömrük Komitəsində (DGK) yeni təyinat olub.
Belə ki, Trend-ə DGK-dan verilən məlumata görə, Rəşad Babayev Tovuz Gömrük İdarəsinə rəis təyin edilib.
Qeyd edək ki, o, bundan öncə Dövlət Gömrük Komitəsinin Malliyyə-tarif və valyuta nəzarəti baş idarəsinin rəis müavini vəzifəsində çalışıb.
Xatırladaq ki, ötən gün R.Babayevdən əvvəl Tovuz Gömrük İdarəsinin rəisi olan Kənan Məmmədov Bakı Baş Gömrük İdarəsinin rəisi təyin edilib.