Bakı. Samir Əli - Trend:
Bakı metrosunda sərnişinlərin təxliyəsi başa çatıb.
Trend-in məlumatına görə, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədli məlumat verib.
B.Məmmədli bildirib ki, hazırda tunellərin yoxlanması işləri həyata keçirilir. Bundan sonra qatarların hərəkət edib-etməməsi ilə bağlı göstəriş veriləcək.
XXX
20:02:
Elektrik enerjisinin yenidən kəsilməsi nəticəsində "Bakı Metropoliteni" QSC-nin işində problem yaranıb.
Bu barədə Trend-ə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
B.Məmmədovun sözlərinə görə, hazırda metronun bütün stansiyaları girişə bağlanıb:
"Hazırda pik saatlar olduğundan metroda sərnişinlərin həddən artıq sıxlığı müşahidə olunur. Təxliyə ilə bağlı işlərə başlanıb. Təmas relslərindən gərginliyin çıxarılması ilə bağlı əmr verilib".