...

XİN nümayəndə heyəti cəbhə bölgəsinə səfər edib (FOTO)

Gündəm Materials 8 İyul 2018 15:05 (UTC +04:00)
Cəbhə bölgəsinə səfər edən Xarici İşlər Nazirliyinin nümayəndələri tikilmiş yeni şəhərciklə tanış oldular, orada yaradılan mükəmməl şəraiti öz gözləri ilə gördülər.
XİN nümayəndə heyəti cəbhə bölgəsinə səfər edib (FOTO)

Bakı. Trend:

Cəbhə bölgəsinə səfər edən Xarici İşlər Nazirliyinin nümayəndələri tikilmiş yeni şəhərciklə tanış oldular, orada yaradılan mükəmməl şəraiti öz gözləri ilə gördülər.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin ikinci katibi Ruhlan Nəbiyev bildirib.

Katibin sözlərinə görə, səfərdə olan nümayəndələr "Marağa-150" abidəsini gördülər, hansıki 1978-ci ildə ermənilərin İranın Marağa şəhərindən Qarabağa köçürülməsi ilə əlaqədar qurulub və sonradan məqsədyönlü şəkildə məhv edilib.

R.Nəbiyev deyib ki, proqram əsnasında Xarici İşlər Nazirliyinin kollektivi qoşunların təmas xəttində vəziyyətlə daha yaxından tanış olmaq üçun Qapanlı kəndinə də səfər ediblər: “Bildiyiniz kimi, Qapanlı kəndi 2016-cı il aprel hadisələri zamanı Ermənistan Silahlı Qüvvələri tərəfindən ağır atəşə tutulmuşdur, amma, yenə də dövlətimizin başçısının qayğısı nəticəsində şəhərdə yenidənqurma işləri aparılmışdır. Qapanlı sakinlərinin ön xəttə yaxın yaşamaqlarına baxmayaraq, onlar qətiyyətlə, əzmlə orada fəaliyyətlərini davam etdirirlər”.

Katib qeyd edib ki, nümayəndə heyəti həmçinin səfər çərçivəsində “N” saylı hərbi hissəsinə səfər edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti