...

Qulam İshaqzai: ANAMA digər ölkələrdə də minatəmizləmə əməliyyatlarında fəal iştirak edir (FOTO)

Gündəm Materials 18 İyul 2018 20:35 (UTC +04:00)
ANAMA təkcə Azərbaycanda deyil, digər ölkələrdə də minatəmizləmə əməliyyatlarında fəal iştirak edir.
Qulam İshaqzai: ANAMA digər ölkələrdə də minatəmizləmə əməliyyatlarında fəal iştirak edir (FOTO)

Bakı. Elçin Mehdiyev - Trend:

ANAMA təkcə Azərbaycanda deyil, digər ölkələrdə də minatəmizləmə əməliyyatlarında fəal iştirak edir.

Trend-in məlumatına görə, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai bu gün Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) yaranmasının 20-ci ildönümü münasibətilə keçirilən yubiley mərasimində deyib.

Qulam İshaqzai ANAMA-nın fəaliyyətini yüksək qiymətləndirərək qeyd edib ki, təmsil etdiyi təşkilat ANAMA ilə səmərəli əməkdaşlıq edir və bu əməkdaşlıq bundan sonra da davam edəcək.

Tədbirdə ANAMA-nın rəhbərliyi, Azərbaycan Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov, daxili işlər nazirinin müavini Oruc Zalov, fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev, xarici ölkələrin Azərbaycandakı diplomatik korpuslarının nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Tədbirdə çıxış edən ANAMA-nın direktoru Qəzənfər Əhmədov 20 il ərzində görülən işlər barədə məlumat verərək bildirib ki, hazırda ANAMA-nın milli potensialı humanitar minatəmizləmə üçün bütün əsas resurs və vasitələrə malikdir.

O, göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib.

Sonra çıxış edən Azərbaycan Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov ANAMA-ya Prezident İlham Əliyevin təbriklərini çatdırıb.

Daha sonra İordaniya Şahzadəsi Mired Raad Al-Hüsseyin çıxış edib. O çıxışında ANAMA-nın fəaliyyətini yüksək qiymətləndirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti