...

Yeni dərs ilinə 6 milyondan çox dərslik çap edilib

Gündəm Materials 28 Avqust 2018 16:23 (UTC +04:00)
2018-2019-cu tədris ilinə dövlət ümumtəhsil müəssisələrinin I-XI sinifləri üçün 332 adda 6 726 029 nüsxə dərslik və müəllimlər üçün metodik vəsait çap edilib.
Yeni dərs ilinə 6 milyondan çox dərslik çap edilib

Bakı. Elçin Mehdiyev – Trend:

2018-2019-cu tədris ilinə dövlət ümumtəhsil müəssisələrinin I-XI sinifləri üçün 332 adda 6 726 029 nüsxə dərslik və müəllimlər üçün metodik vəsait çap edilib.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, şagirdlər dərslikləri sentyabr ayının 3-dən etibarən təhsil aldıqları məktəbdən əldə edə bilərlər. Dərsliklərlə təmin olunmadıqda isə bu barədə məktəb rəhbərliyinə vaxtında məlumat verilməlidir.

Dərsliklər hər şagirdə 1 tədris ilində istifadə edilmək üçün verilir. Hər dərsliyin istifadə müddəti onun buraxılış ilindən etibarən 4 ildir.

Dərsliklərin elektron variantları www.e-derslik.edu.azwww.trims.edu.azsaytlarında müxtəlif formatlarda mövcuddur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti