...

Bu il Bakıda baş verən qəzalarda 147 nəfər həlak olub

Gündəm Materials 27 Oktyabr 2018 16:40 (UTC +04:00)
2017-ci ilin müvafiq dövrü ilə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı 4,4 faiz, xəsarət alanların sayı isə 7,1 faiz azalıb
Bu il Bakıda baş verən qəzalarda 147 nəfər həlak olub

Bakı. Trend:

Bu ilin 9 ayı ərzində paytaxt ərazisində baş vermiş 430 yol-nəqliyyat hadisəsində 147 nəfər həlak olub, 364 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bakı Şəhər Baş Polis İdarəsindən (BŞBPİ) Trend-ə verilən məlumata görə, bu barədə bu gün İdarədə cari ilin 9 ayında cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini sahələrində görülən işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan geniş əməliyyat müşavirəsində Bakı şəhər BŞBPİ-nin əməliyyat işləri üzrə rəis müavini, polis general-mayoru Elxan Həsənov deyib.

E.Həsənovun sözlərinə görə, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı 4,4 faiz, xəsarət alanların sayı isə 7,1 faiz azalıb.

Əməliyyat-xidməti fəaliyyətin mühüm istiqamətlərindən olan yоl hərəkətinə nəzarət prоsеsində 668.406, о cümlədən sürət rеjiminə əməl оlunmaması ilə bağlı 303.969, ötmə və manevr qaydalarının pozulması ilə əlaqədar 25.738, nəqliyyat vasitəsinin sərхоş vəziyyətdə idarə оlunması ilə bağlı isə 1.769 inzibati хəta aşkar еdilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti