...

Elmira Axundova: Yeni doğulan uşağın xərci ona ayrılan müavinətdən 10 dəfə çoxdur

Gündəm Materials 8 Noyabr 2018 12:34 (UTC +04:00)
Bu gün Azərbaycanda doğum əvvəlki illərlə müqayisədə aşağı düşüb.
Elmira Axundova: Yeni doğulan uşağın xərci ona ayrılan müavinətdən 10 dəfə çoxdur

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün Azərbaycanda doğum əvvəlki illərlə müqayisədə aşağı düşüb. Bunun qarşısının alınması üçün yeni doğulan uşaqlara ayrılan müavinətin həcmi artırıla bilər.

Trend-in məlumatına görə, bunu deputat Elmira Axundova Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deyib.

O qeyd edib ki, bu gün yeni doğulan uşağın xərci ona ayrılan müavinətdən 10 dəfə çoxdur: "Bu baxımdan, heç olmasa ailədə ikinci uşaq dünyaya gələndə onun üçün birdəfəlik müavinətin məbləği birinci uşaqla müqayisədə 100-200 manat artıq olmalıdır”.

E.Axundova qeyd edib ki, bu gün ən çox rast gəlinən problemlərdən biri ünvanlı sosial yardımla bağlıdır: “Ünvanlı sosial yardımın özünəməşğulluqla əvəz olunması daha təqdirəlayiq olar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti