...

Şəmkirdə bomba qoyulması barədə anonim zəng edən saxlanıldı - Sərxoş imiş...

Gündəm Materials 13 Dekabr 2018 12:03 (UTC +04:00)
Dekabrın 12-də saat 18 radələrində DİN-in “102 – Zəng Mərkəzi”nə mobil telefonla zəng vuran şəxs 3 ədəd bomba qoyulması barədə məlumat verib.
Şəmkirdə bomba qoyulması barədə anonim zəng edən saxlanıldı - Sərxoş imiş...

Bakı. Samir Əli - Trend:

Dekabrın 12-də saat 18 radələrində DİN-in “102 – Zəng Mərkəzi”nə mobil telefonla zəng vuran şəxs 3 ədəd bomba qoyulması barədə məlumat verib.

DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, məlumatla əlaqədar dərhal müvafiq tədbirlər görülüb, lakin fakt təsdiqini tapmayıb.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində polisə yalan məlumat verən şəxs - Şəmkir şəhər sakini, əvvəllər məhkum olunmuş Əkbər Həsənov Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun ağır dərəcəli sərxoş vəziyyətdə olması da müəyyən edilib.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti