...

AMEA: Azərbaycanda dronlarla bağlı qanun qəbul edilməlidir

Gündəm Materials 17 Dekabr 2018 15:35 (UTC +04:00)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Azərbaycanda pilotsuz uçuş aparatları ilə bağlı qanun qəbul edilməlidir.

Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik katibi, qurumun İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev deyib.

Alim bildirib ki, Azərbaycanda dronlardan istifadəni hüquqi şəkildə tənzimləyən normativ baza yoxdur:

“Avropa və MDB ölkələrinin təcrübəsi bizə əsas verir ki, bu sahədə müvafiq qanun və onun icrasını təmin etmək üçün müxtəlif normativ sənədlər qəbul edək. Pilotsuz uçuş aparatını yaradan şəxs onun istismarı və tətbiqi zamanı öz məsuliyyətini dərk etməlidir, çünki bu cür cihazlar cinayətkarın əlinə düşdükdə cəmiyyətə ziyan vura bilər. İnsanlar unutmamalıdır ki, dronlar inkişaf imkanları yaratdığı qədər təhlükə də törədə bilir”.

R.Əliquliyev qeyd edib ki, bu cür suni intellektə əsaslanan cihazlardan düzgün məqsədlə istifadə isə inkişaf üçün faydalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti