...

Tovuzda top mərmisi tapılıb (FOTO)

Gündəm Materials 4 Yanvar 2019 18:52 (UTC +04:00)
Tovuzda 1 ədəd 122 mm-lik top mərmisi (OF-56) aşkar olunub.
Tovuzda top mərmisi tapılıb (FOTO)

Bakı. Trend:

Tovuzda 1 ədəd 122 mm-lik top mərmisi (OF-56) aşkar olunub.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, bu gün saat 13:56-da Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Tovuz rayonu, Əlibəyli kəndi ərazisində mərminin tapılması barədə məlumat daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Tovuz rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Tovuz rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə 1 ev və həyətyanı sahəyə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 1 ədəd 122 mm-lik top mərmisi (OF-56) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Top mərmisinin ətrafında 340 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 04 yanvar 2019-cu il tarixlərində 3 siqnal (əməliyyat çağırışı) əsasında 2 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olmuşdur ki, nəticədə Göygöl və Tovuz rayonları ərazisində 1 ev və həyətyanı sahəyə, 1 əkin sahəsinə baxış keçirilib, 2 ədəd partlamamış hərbi sursat zərərsizləşdirilib, 440 kv.m ərazi yerüstü yoxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti