...

Qadın alveri ilə məşğul olan dəstə üzvünə hökm oxundu

Gündəm Materials 29 Yanvar 2019 15:56 (UTC +04:00)
Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində təqsirli bilinən Vilayət Məsimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Qadın alveri ilə məşğul olan dəstə üzvünə hökm oxundu

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində təqsirli bilinən Vilayət Məsimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə V.Məsimov 4 il azadlıqdan məhrum edilib.

İttihama görə, Vilayət Məsimov Azərbaycan vətəndaşı olan bir qadını Türkiyəyə aparıb və orada onun fahişəliyə məcbur edilməsində iştirakçı olub.

V.Məsimov qadın alveri ilə məşğul olan dəstənin üzvü olub.

Qadın Azərbaycana qayıdandan sonra İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə şikayət edib. Onun şikayəti əsasında V.Məsimov həbs edilib.

İstintaq orqanı tərəfindən Vilayət Məsimovun barəsində Cinayət Məcəlləsinin 144-1.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən insan alveri törətmək) maddəsi ilə ittiham elan edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti