...

Şamaxıdakı zəlzələdən sonra təcili yardıma müraciət edənlərin ADLARI açıqlandı

Gündəm Materials 6 Fevral 2019 13:05 (UTC +04:00)
Zəlzələ nəticəsində Şamaxı rayon Təcili Tibbi Yardım Stansiyasına müraciət edənlərin kimliyi məlum olub.
Şamaxıdakı zəlzələdən sonra təcili yardıma müraciət edənlərin ADLARI açıqlandı

Bakı. Samir Əli - Trend:

Zəlzələ nəticəsində Şamaxı rayon Təcili Tibbi Yardım Stansiyasına müraciət edənlərin kimliyi məlum olub.

Trend-in məlumatına görə, hadisə nəticəsində təcili yardıma 19 nəfər müraciət edib:

1. Kərimova Sahilə

2. Şirəliyeva Könül

3. Mirzəliyeva Əzizə

4. Əsgərova Nübar

5. Sadıqov Həsrət

6. Baxşıyeva Məxruqət

7. İsmayılova Lətifə

8. Bilalov Elmar

9. Kərimov Rüstəm

10. Süleymanova Arzu

11. Xankişiyeva Yaqut

12. Əhmədova Zülfiyyə

13. Salahova Vəfa

14. Əliyev Yasər

15. Şükürova Aygül

16. Zeynalov Səhrab

17. Mehdiyeva Afaq

18. Mehdiyev Həsən

19. Ədilova Arzu

Məlumata görə, təcili yardıma müraciət edən xəstələrə ilkin tibbi yardım göstərilərək evə buraxılıblar.

Xatırladaq ki, dünəndən indiyədək 5 zəlzələ qeydə alınlıb. İlkin zəlzələ yerli vaxtla 23.19-da Pirqulu stansiyasından 7 km cənubda Ağsu ərazisində 4,4 bal gücündə qeydə alınıb. Yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşib. Həmin zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala qədər hiss olunub. Sonuncu zəlzələ isə saat 04.25-də Pirqulu stansiyasından 9 km cənub-qərbdə İsmayıllı ərazisində zəlzələ qeydə alınıb. Həmin zəlzələlərin 3-ü hiss edilən olub. Sonuncu iki zəlzələ isə hiss edilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti