...

Azərbaycan "QAZ" avtomobillərinin yeni bazarlara çıxışı üçün meydana çevriləcək

Gündəm Materials 9 Fevral 2019 15:04 (UTC +04:00)
Rusiya Hacıqabul Sənaye Məhəlləsindəki "QAZ" avtomobillərinin istehsalı zavodunu qonşu ölkələrin ixrac meydanı kimi qəbul edir.
Azərbaycan "QAZ" avtomobillərinin yeni bazarlara çıxışı üçün meydana çevriləcək

Hacıqabul. Ceyhun Ələkbərov - Trend:

Rusiya Hacıqabul Sənaye Məhəlləsindəki "QAZ" avtomobillərinin istehsalı zavodunu qonşu ölkələrin ixrac meydanı kimi qəbul edir.

Trend-in məlumatına görə, bunu “QAZ Qrup”un (Qorki Avtomobil Zavodu) satış və marketinq üzrə direktoru Oleq Markov deyib.

O bildirib ki, Azərbaycan hər zaman Qafqazda aparıcı bazar hesab olunub.

"Biz ümid edirik ki, burada zavodun olması təkcə əlavə iş yerlərinin açılmasına imkan verməyəcək, həm də iqtisadiyyatı gücləndirməyə, eləcə də bütün komponentlərin istehsalı vasitəsilə məhsulu lokallaşdırmağa kömək edəcək. Bu müəssisənin inkişafı üçün perspektivlər var”.

Xatırladaq ki, bu gün Hacıqabul Sənaye Məhəlləsində Azərbaycanın “Azərmaş” ASC-nin Rusiyanın “QAZ Qrup” (Qorki Avtomobil Zavodu) ASC ilə birgə həyata keçirdiyi layihə üzrə kommersiya və xüsusi təyinatlı avtomobillərin istehsalı zavodunun təməlqoyma mərasimi keçirilib.

Tədbirdə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev, "Azərmaş" ASC-nin İdarə Heyətinin sədri Emin Axundov, Rusiyanin iqtisadi inkişaf naziri Maksim Oreşkin iştirak ediblər.

Bildirilib ki, zavodda tikinti işləri növbəti ilin ortalarına qədər təhvil veriləcək, burada kiçik tonnajlı avtomobillər istehsal ediləcək. Dəyəri 14 milyon manat olan zavodun illik istehsalı 1000 avtomobil təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti