...

İdman gimnastikası üzrə FIG Dünya Kubokunun ilk gününün nəticələri

Gündəm Materials 14 Mart 2019 22:21 (UTC +04:00)
Bu gün Bakıda, Milli Gimnastika Arenasında idman gimnastikası üzrə FIG Dünya Kubokunun kişilər arasında xalça üzərində sərbəst hərəkətlər, qollar və halqada hərəkətlər, qadınlar arasında dayaqlı tullanmada və müxtəlif hündürlüklü qollar üzrə yarışlarda finalçılar müəyyənləşib
İdman gimnastikası üzrə FIG Dünya Kubokunun ilk gününün nəticələri

Bakı. Cani Babayeva - Trend:

Bu gün Bakıda, Milli Gimnastika Arenasında idman gimnastikası üzrə FIG Dünya Kubokunun kişilər arasında xalça üzərində sərbəst hərəkətlər, qollar və halqada hərəkətlər, qadınlar arasında dayaqlı tullanmada və müxtəlif hündürlüklü qollar üzrə yarışlarda finalçılar müəyyənləşib.

Sərbəst hərəkətlərdə Dünya Kubokunun final mərhələsinə Milad Kərimli (14,433 bal, Qazaxıstan), Artyom Dolqopyat (14,400, İsrail), Benjamin Qişard (14,333, İsveçrə), Emil Soravuo (14,133, Finlandiya), Pablo Breqqer (14,133, İsveçrə), Kristofer Remkes (14,100, Avstraliya), Murad Ağarzayev (14,066, Azərbaycan), Reyderli Zapata (14,033, İspaniya) yüksəliblər.

Qollar üzərində hərəkətlər üzrə finala Vladislav Polyaşov (14,866 bal, Rusiya), Oliver Xeqi (14,833, İsveçrə), Ferhat Arican (14,666, Türkiyə), Din Puonq Tan (14,366, Vyetnam), Matteo Levantesi (14,300, İtaliya), Yu Xao (14,300, Çin), Nikolaos İliopulos (14,200, Yunanıstan), Andrey Lixovitskiy (14,200, Belarus) vəsiqə qazanıblar.

Halqalarda hərəkətlər üzrə Dünya Kubokunun final mərhələsinə Kortni Tullok (14,800 bal, Böyük Britaniya), Yu Xao (14,733, Çin), İqor Radivilov (14,675, Ukrayna), İbrahim Çolak (14,66, Türkiyə), Samir Ait Səid (14,600, Fransa), Marko Lodadio (14, 600, İtaliya), Denis Ablyazin (14,566, Rusiya), Nikita Simonov (14,433, Azərbaycan) yüksəliblər.

Qadınlar arasında dayaqlı tullanmada finala Ceyd Keri (14,700 bal, ABŞ), Aleksa Moreno (14,533, Meksika), Dipa Karmakar (14,299, Hindistan), Oksana Çusovitina (14,166, Özbəkistan), Kolin Devillard (14,149, Fransa), Mariya Paseka (14,116, Rusiya), Marina Nekrasova (13,966, Azərbaycan), Tyasa Kisselef (13,700, Sloveniya) vəsiqə qazanıblar.

Qadınlar arasında müxtəlif hündürlüklü qollar üzrə yarışlarda Dünya Kubokunun final mərhələsinə Anastasiya İlyankova (14,466 bal, Rusiya), Yonna Adlerteq (14, 330, İsveç), Lyu Tzyagi (14,066, Çin), Diana Varinska (13,933, Ukrayna), Corciya-Rouz Braun (13,633, Avstraliya), Anastasiya Baçinska (13,033, Ukrayna), Martina Ritselli (12,966, İtaliya), Argiro Afrati (12,466, Yunanıstan) yüksəliblər.

Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku keçirilir. Martın 17-nə qədər davam edəcək yarışların ilk günü kişilər təsnifat mərhləsində sərbəst hərəkətlər, paralel qollar və halqalar, qadın gimnastlar isə dayaqla tullanma və müxtəlif hündürlüklü qollar üzrə tapşırıqları yerinə yetirirlər.

Azərbaycanı Dünya Kubokunda Murad Ağarzayev, İvan Tixonov, Nikita Simonov və qadın idman gimnastımız Marina Nekrasova təmsil edirlər. M.Ağarzayev və N.Simonov üç alətdə çıxış edir, İ.Tixonov isə bütün alətlərdə gücünü sınayır. Qadın təmsilçimiz də bütün alətlərdə medallar uğrunda mübarizə aparır.

Dördgünlük turnir Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq istəyən gimnastlar üçün mühüm keçid rolunu oynayacaq. Belə ki, olimpiyadaya təsnifat xarakterli bu yarışda iştirak etmək üçün 41 ölkə qeydiyyatdan keçib. Medallar və lisenziya xalları uğrunda isə 121 kişi və 49 qadın idman gimnast mübarizə aparır.

Xəbər lenti

Xəbər lenti