...

“Sovetski”də təmir işləri zamanı qaz xətləri yararsız hala salınıb (FOTO)

Gündəm Materials 22 İyul 2019 16:15 (UTC +04:00)
Yasamal rayonunda “Sovetski” kimi tanıdığımız ərazidə, S.Tağızadə küçəsində təmir işləri aparan təşkilatlardan biri yerüstü aşağı təzyiqli qaz xətlərini yararsız hala salıb.
“Sovetski”də təmir işləri zamanı qaz xətləri yararsız hala salınıb (FOTO)

Bakı. Trend:

Yasamal rayonunda “Sovetski” kimi tanıdığımız ərazidə, S.Tağızadə küçəsində təmir işləri aparan təşkilatlardan biri yerüstü aşağı təzyiqli qaz xətlərini yararsız hala salıb.

“Azəriqaz” İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, yaranmış vəziyyətdən əziyyət çəkən 40 abonentin qaz təchizatını bu gün saat 13.40-da bərpa etməyə nail olub.

Bütün qurumlardan təmir-tikinti işləri apararkən həmin ərazilərdəki qaz xətlərini nəzərə almaları xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti