Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycanda müalicә-profilaktika müәssisәlәrindә qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı artıb.
Trend-in məlumatına görə, 2018-ci ildə Azərbaycanda müalicә-profilaktika müәssisәlәrindә qeydiyyatda olan şəkərli diabet xəstələrin sayı 255 470 olub.
Bu say 2017-ci ildə 243 226, 2015-ci ildə 209 377, 2010-cu ildə 121 095, 2005-ci ildə 55 713 nəfər olub.
2018-ci ildə ölkədə 24 774 nəfərə ilk dәfә şəkərli diabet diaqnozu qoyulub ki, bu say da 2005-ci ildə 9 825 olub.
2005-ci ildə əhalinin hәr 100 000 nәfәrindən 117,2-nə ilk dəfə şəkərli diabet diaqnozu qoyulduğu halda, 2018-ci ildə bu say artraraq 252,3 olub.
Ölkədəki şəkərli diabet xəstələrinin 224 607-i insulindən asılı olmayan, 30 863-i insulindən asılı xəstələrdir.