...

Ölkədə Aralıq dənizi meyvə milçəyi ilə bağlı təkrar fitosanitar müşahidələrə başlandı

Gündəm Materials 18 Sentyabr 2019 14:54 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində Aralıq dənizi meyvə milçəyinin mövcudluğunu müəyyənləşdirmək məqsədi ilə müşahidələrə başlayıb.

Agentlikdən Trend-ə verilən məlumata görə, bu məqsədlə artqı müvafiq ərazilərdə feremon tutucu tələlər quraşdırılıb.

Qeyd edək ki, agentliyin mütəxəssisləri sözügedən zərərli orqanizmin aktiv fəaliyyət dövrünü nəzərə alaraq ölkə ərazisində yayılma arealını müəyyənləşdirmək məqsədi ilə aprel-iyun aylarında fitosanitar müşahidələr aparmışdı. Müşahidələr zamanı respublika üçün xarici karantin hesab edilən zərərli orqanizmlərdən-Aralıq dənizi meyvə milçəyi aşkar edilməmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti